Türkiyənin xüsusi xidmət orqanları "Mossad" şəbəkəsini ifşa etdi, 11 nəfər həbs edildi...


"Türkiyə və İsrail xüsusi xidmət orqanları arasında münasibətlər mürəkkəbdir və birmənalı deyil..."
"İki ölkənin xüsusi xidmət orqanları arasında uğurlu əməkdaşlıq sayəsində Türkiyə ərazisində İranın israillilərə bir neçə terrorçu hücumlarının qarşısı alınıb..."
 
Türkiyə hakimiyyəti ölkədə fəaliyyət göstərən "Mossad" şəbəkəsinin 11 agentini həbs edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
 
Məlumata görə, aşkar edilən özək Türkiyədə fəaliyyət göstərən hansısa İran şirkətini izləyib.
 
Bundan başqa, İranla işgüzar əlaqəsi olan 23 nəfər də onun müşahidə obyektləri olub.
 
Hökumətyönlü "Daily Sabah" nəşri məlumat verib ki, bu özək Türkiyənin xüsusi xidmət orqanları və İstanbul prokurorluğu tərəfindən hələ yarım il əvvəl aşkar edilib, bütün bu aylar ərzində o, izlənilib. 
 
"Mossad" özəyinin güman edilən rəhbərinə çıxışı Fətullah Gülən hərəkatının iştirakçısı, istefada olan hərbçi vasitəsilə mümkün olub.
 
İcmalçılar diqqəti ona cəlb edib ki, "Mossad" şəbəkəsinin üstünün açılması barədə məlumat Türkiyədə prezident seçkilərinin həlledici turuna bir neçə gün qalmış üzə çıxıb.
 
İsrail və Türkiyə xüsusi xidmət orqanları arasında münasibətlər mürəkkəbdir və birmənalı deyil.
 
Qüdslə Ankara arasında münasibətlərin ümumi normallaşmasına rəğmən, son zamanlar dəfələrlə Türkiyənin xüsusi xidmət orqanları tərəfindən "Mossad" şəbəkəsinin ifşa edilməsi barədə məlumatlar yayılıb.
 
Eyni zamanda, "Mossad"la Türkiyənin xüsusi xidmət orqanları arasında uğrulu əməkdaşlıq sayəsində Türkiyə ərazisində İranın israillilərə bir neçə terrorçu hücumlarının qarşısını alınıb.
 
Tarix: 24-05-2023, 09:05
Xəbəri paylaş





Xəbər lenti