AZƏRBAYCANDA BANKİRLƏR KlİNİKALARİ DAGİDİR- HƏKİM

                                                 
Kapitalizmin vəhşi qanunları ilə yaşayan Azərbaycanda son zamanlar 
nüfuzlu bankirlər, yerli oliqarxlar öz havadarlarına arxalanaraq xeyli 
harınlamışlar.

Azərbaycan Sahibkarlar konfederasiyasının sədri 
Musayev Məmməd Qurban oğlu uzun illər Azərbaycanda fəaliyyət 
göstərən, keyfiyyətli tibbi xidməti ilə tanınan “Türk-Amerikan” 
klinikasını almış, əvvəlki direktoru qovmuş, klinikanı tamamilə 
dağıtmağa başlamışdır.Klinikaya öz qızını direktor təyin etmiş, işçilərin 
bir çoxunu, şəxsən mənim özümü qeyri-qanuni olaraq işdən azad 
etmişdir.Mən həmin klinikada həkim-psixiatr vəzifəsində 
işləyirdim.Özü qanunsuz əməllərlə məşğul olan , əvvəllər haqqında 
bir-neçə dəfə cinayət işi qaldırılmış , “Şapka Məmməd” adı ilə məşhur 
olan bu adam işçilərdən qanun tələb etməyə başlamışdır.Mənim 
həkimlik sertifikatımın vaxtının keçdiyini bəhanə edərək , məni işdən 
azad etmişdir. Halbuki , mən həmin klinikaya işə götürüləndə də , 
mənim Azərbaycan sertifikatımın vaxtı keçmiş idi, lakin mən həmin 
klinikaya işə girəndə Rusiya Federasiyasında aldığım sertifikatları 
təqdim etmişdim. Yeri gəlmişkən, qeyd edim ki, mən psixiatriya üzrə 
Rusiyada fundamental hazırlıq keçmiş həkim-psixiatram, 15 ilə qədər 
müddətdə Rusiyada məcburi müalicə psixiatrik xəstəxanalarında  ağır 
xəstələrlə işləmişəm, lakin hal-hazırda Azərbaycanda heç kimə lazım 
deyiləm. Lakin Azərbaycan Respublikası Səhiyyə Nazirliyində rüşvətsiz 
sertifikat almaq mümkün deyildir, bunu Məmmədin qızı, ixtisasca 
həkim olan, hal-hazırda klinikaya rəhbərlik edən Xuraman da 
demişdir, mən işdən çıxmaq üçün ərizə yazmaq istəmirdim, lakin 
klinikanın mühasibi və kadr işləri üzrə əməkdaşı  Seyrə mənə bildirdi 
ki, məni onsuz da fiziki olaraq klinikaya buraxmayacaqlar, və mən 
ərizə yazmaqdan imtina etsəm , bu “Məmmədin xoşuna gəlməyəcək, 
Məmməd adi adam deyil, ətrafında Killerlər dəstəsi saxlayır, səni də 
məhv edər”.Bu hədə-qorxulardan  və klinikada yaranmış vəziyyətdən 
belə aydın olurdu ki, orada işləmək mümkün olmayacaq.Məmməd və 
Xuraman həkimlərin maaş kartlarını özlərində saxlayıb, həmin 
kartlarla nə dələduzluqlar etdikləri məlum deyil.İşçinin maaş kartı 
özündə olmalıdır.Bunlar isə kartları alıb özlərində 
saxlayırdılar.Klinikada həkimlərin qəbulu üçün otaq çatmadığı bir 
vaxtda Xuraman böyük bir otağı təmir etdirib, özünə əyləncə otağı 
düzəltmişdir.Mənim işdən çıxarkən qanunla almalı olduğum çıxarış 
vəsaitini mənə verməyiblər.Bəs bu pulu mənə kim verməlidir? 
Klinikada sığorta ilə gələn xəstələrə xidmət göstərilmir, “Pulsuz, 
xeyirsiz xəstələrdir” deyib başdansovdu yanaşılır. Klinikada həkim-
terapevtin otağı axşam saat 20.00-dan sonra intim əlaqələr üçün 
görüş otağı kimi istifadə olunur.                                                                                                          
Mən Xuramandan çıxarış vəsaiti tələb etdikdə, o, mənim ağzımı 
yummaq üçün yalandan mənə söz verdi ki, mənə sertifikat almaqda 
kömək göstərəcək, başqa klinikaya işə düzəldəcək, lakin mən kifayət 
qədər həyat təcrübəsi olan bir insan kimi bu sözlərin hamısının yalan 
olduğunu bilirdim.”Mən Səhiyyə Nazirliyinə 7000 man pul verib , sənə 
sertifikat alacağam, pulsuz mümkün deyil”-bu Xuramanın 
sözləridir.Bir qədər sonra mənə işçilərin birisi vasitəsilə çatdırdı ki, 
“sertifikat üçün Səhiyyə nazirliyi 17000 man pul istəyir, mən onu verə 
bilməyəcəm, çox baha oldu””-bu Xuramanın sözləridir.                                                   
Azərbaycanda Səhiyyə Nazirliyi bütün səhiyyə sistemini tam nəzarətsiz 
buraxmışdır.Özəl klinikalar indi də bankirlər tərəfindən alınıb-satılır, 
Səhyyə sistemində rüşvət tüğyan edir, həkim sertifikatları pulla 
satılır.Həkimlərin və xəstələrin taleyini heç kəs fikirləşmir.Səhiyyə 
“Şapka Məmməd” kimi insanların ümidinə qalmışdır.
Həkim-psixiatr ABDULLA ŞIXLİNSKİ
Siam.az
Tarix: 29-05-2023, 09:42
Xəbəri paylaş





Xəbər lenti