Mərkəzi Bank Şərurlu İsfəndiyarı məhkəməyə verdi
Mərkəzi Bank “Şərur” MTK şirkətinin rəhbəri İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) qarşı məhkəmə iddiası qaldırıb.Qaynarinfo-nun məlumatına görə, iddiası ipoteka krediti ilə bağlıdır.
Cavabdeh qismində “Çinar-Araz Firması” Məhdud Məsuliyyətli Cəmiyyəti, maraqlı şəxs qismində Əmanətlərin Sığortalanması Fondu da yer alır.
İddia “Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – İpoteka müqaviləsi üzrə mübahisələr”i üzrədir.
Qeyd edək ki, “Çinar-Araz Firması” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Mübariz Abdullayev Mahmud oğludur.
İşə Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb Axundovanın sədrliyi ilə baxılacaq.
Tarix: 12-10-2023, 22:20