QHT agentliyində suşi reklamı edirlər.... FOTOFAKT

QHT agentliyində suşi reklamı edirlər.... FOTOFAKT

Dəyərli dostlar,
Dünən tədbirlərimiz olduğu üçün bu gün yazmağa imkan yarandı.
Bir neçə gün öncə həmsöhbət olduğum QHT-lərdən biri layihəsinin gedişatı ilə əlaqədar səhər iş başlayan zaman QHT Agentliyinə daxil olub. Danışdıqca və orada baş verənləri təsvir etdikcə heyrətə gəldim. Həqiqətənmi bu qurum tamamilə nəzarətsiz qalıb?
Əyləşib orada kuratorunu gözləyən QHT mənzərəni təsvir edir:
“Oturmuşam və bir də eşidirəm ki, aşağı mərtəbədə bir neçə nəfərin səsi gəlir, özlərinə şirinçay düzəldirlər. Qaşıqların cingiltisi az qala bütün ofisə yayılır. Onlar çox rahat formada öz səhər yeməkləri yeyib, bir qədər sonra gülüşə-gülüşə pilləkənlərlə yuxarı mərtəbələrə doğru qalxırlar.
Səhərdi deyə, ofisdə çox adam yoxdur və danışılan hər şey rahatlıqla eşidilir. Yaxınlıqdakı otaqda 2 nəfərin krassvord yazdığını anlayıram. 9 hərifli Türkiyə futbol klubunun adının tapılması uğrunda söz savaşı gedir. Digər otaqda isə 2 xanım kosmetikadan, saçının harada kəsdirilməsindən və s. danışır. Bir qədər sonra yuxarıdan icraçı direktorun köməkçisi sürətlə gəlir və həyətə çıxır, oradakı oğlanlardan birinə yüksək tonla səslənir ki, “Xanım” gəlir.
Qəbul yerində oturan xanım isə liftin düyməsini sıxaraq qapılarını açıq vəziyyətdə saxlayır. 15 dəqiqə bu 3 nəfər və həyətdəki polislər hərbi hissələrdə olduğu kimi farağat vəziyyətində dururlar. Bir qədər sonra qara maşın dayanır və gözləyən xanım qapını açır və mənə məlum olur ki, gələn xanım Agentliyin icraçı direktorudur. Beləcə gəlib liftlə onu yuxarı mərtəbələrin birinə yola salırlar. Qeydiyyatdakı xanımdan soruşuram ki, bəs mən çox gözləməliyəm, deyir ki, indi düşüb yaxınlaşacaqlar sizə.
Bu əsnada bir nəfər üçün tort və gül gəlir. Yuxarıdan səslər gəlir və aydın olur ki, kiminsə ad günüdür.
Nəhayət mənim işlərinə nəzarət edən şəxs gəlir, bir qədər otaqda söhbət etdikdən sonra onu yuxarıya çağırırlar. Mən məcbur gözləməli oluram. Oturduğum otaqla üzbəüz otaqdan səslər gəlir. Eşidirəm ki, əməkdaşlardan bir nəfər xanım hansısa suşini tərifləyir, ağzını marçıldadır və onu çəkir (sonradan instagramda qarşıma çıxanda bildim ki, həmin suşi reklamı Agentlikdə çəkilirmiş). Beləliklə gözlədiyim şəxs gəldi və işlərimi razılaşdırmaq istədim. QHT işini bilmədiyi üçün nə dedimsə gözümün içinə suallarla baxırdı. Anladım ki, yenidir və birtəhər razılaşdıq və Agentlikdən çıxdım”.
Hər şeyi bir tərəfə qoyuram, dövlət idarəsində suşi reklamı nə idi onu anlamadım.
Elə bildim ki, şişirdir. Çünki digər məsələləri çox eşidib görmüşdük.
Agentlikdə rəhbər şəxslərin qarşılanması bir başqa aləmdir, heç Baş naziri elə qarşılamırlar.
Sonra həmin yoldaş mənə reklamın linkini atdı və doğurdan da Agentliyin əməkdaşının öz iş otağında suşi reklamı çəkdirdiyinin şahidi oldum.
QHT sektorunu belə idarə edirik?
Samir Adigozelli
Teref.az



Tarix: 13-10-2023, 21:48
Xəbəri paylaş





Xəbər lenti