"Sükut dövründən sonra bir qayda olaraq maqnit sahəsinin daha təhlükəli dalğası gəlir..."
Maqnit qasırğası nədir və meteohəssas insanlar necə davranmalıdır?.. Yer kürəsi çox güclü maqnit qasırğalarının hücumundan öncə fəlakətli sükutla üzləşib.
Bu sükut anomaliyalarla pozulacaq.
Moderator.az xəbər verir ki, bu barədə "prufy.ru" nəşri yazıb.
Oktyabrın ikinci yarısı maqnit qasırğalarının hücumu nöqteyi-nəzərindən sakit olacağı gözlənilir. Onların gücü ayın sonunadək minimal olacaq.
Alimlər bu müşahidədən narahatlıq keçirir. Məsələ bundadır ki, sükut dövrlərindən sonra bir qayda olaraq maqnit sahəsinin daha təhlükəli dalğası gəlir.
Bunu geomaqnit fonun gücünün oktyabrın 30 və 31-də iki baldan dörd baladək iki dəfə yüksələcəyi sübut edir. Sonraki hücumlar meteohəssas insanlar üçün daha təhlükəli ola bilər.
Alimlər izah edir ki, bu, Günəşin qadir olduğu ən güclü X- kateqoriyasına aid partlayışını törədə bilər.
Bu səviyyədə olan maqnit qasırğaları Yer ətrafında və aşağı orbitlərdə dövrə vuran peyklərdə quraşdırılmış cihazlara, habelə atmosferin vəziyyətinə təsir göstərə bilər.
Həmçinin nəzərə almaq lazımdır ki, oktyabr ayında da geomaqnit fonun anomal sıçrayışları istisna edilmir, bu da G2 səviyyəsinə uyğun olan "K-index 6" qasırğalarına səbəb ola bilər.
Ona görə də geomaqnit havaya həssas olan insanlar maqnit qasırğaları günlərində duzlu və yağlı yeməkləri azaltmaq, alkoqoldan imtina etmək, bunun əvəzinə çoxlu su içmək, meyvə-tərəvəzdən istifadə etmək, steslərdən uzaq olmaq, çox yatmaq, orqanizmə artıq yükə və həddən artıq fiziki fəallığa yol verməmək məsləhət görülür.
Maqnit qasırğası nə deməkdir?
Günəş küləyinin axını Yer kürəsini əhatə edən və planeti Günəş radiasiyasından qoruyan görünməyən qatına-maqnitosferaya təsir göstərir.
Bu ionlaşmış hissəciklər fasiləsiz olaraq Günəşdən ayrılır.Adətən, Günəş küləyinin təzyiq gücü və Yerin maqnit qabığının təzyiqi bərabərdir.
Lakin Günəş partlayışları baş verəndə Günəş küləyinin sürəti artır, təzyiq balansı dəyişir.
Yer üzərindəki maqnitosfera sıxılır, onun daxilində cərəyanların kəmiyyəti dəyişir. Təzyiqin belə dəyişiklikləri maqnit qasırğası adlanır.
Tarix: 16-10-2023, 08:30