Vətən müharibəsi tarixinin Tərtər səhifəsi
Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən
idarə, müəssisə, təşkilat kollektivləri və umumtəhsil məktəblərinin şagirdləri
şəhərin Elman Hüseynov küçəsində 44 günlük Vətən müharibəsində erməni
separatçıları tərəfindən atılan “Smerç” raketi nəticəsində dagılmış açıq havada
fəaliyyət göstərən ev muzeyinə ekskursiya edib, muzeyin həyətində mülki
şəhidlərin şəkillərindən ibarət yaradılmış fotoguşəni ziyarət edərək önünə gül-
çiçək dəstələri düzüblər.Ekskursiyanın məqsədi 44 günlük Vətən müharibəsində Tərtər rayonunda
dinc əhaliyə qarşı aparılan terror hadisələrini ictimaiyyətin diqqətinə
çatdırmaq, bu terror nəticəsində şəhid olanların əziz xatirəsini yad
etməkdən ibarət olub.
Tərtər rayonunda 15 oktyabr 2020-ci il tarixdə Ermənistan Silahlı
Qüvvələrinin atdığı raket nəticəsində şəhər qəbristanlığında dəfn
mərasimində iştirak edən 4 nəfər mülki vətəndaş şəhid olub, 4 nəfər
yaralanıb. Bu insanlığa sığmayan terror hadisəsindən artıq üç il ötür.
Tədbirdə yüzlərlə sakin iştirak edib.
Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev tədbir
iştirakçılarına erməni terrorçularının törətdikləri terror hadisələrində həlak
olan mülki şəhidlər barədə məlumat verib, döyüş cəbhəsində məğlubiyyətə
uğrayan erməni terrorçularının yaşayış məntəqələrimizi, hətta şəhər
qəbristanlığını atəşə tutduqlarını, bunun nəticəsində rayonumuzun 16 mülki
şəhid verdiyini, 63 nəfərin yaralandığını vurğulayıb, erməni vandalizmindən
söhbət açıb.
Tarix: 17-10-2023, 14:33