Mehdiyevlərin işi çətinləşdi: - satışa çıxardı dedilər, vəziyyət riskli oldu

Mehdiyevlərin işi çətinləşdi:
“Bank BTB” ASC 2023-cü ilin üçüncü rübünün yekunları üzrə maliyyə hesabatını açıqlayıb.

Siam.az-ın “Ölkə.Az”a istinadən məlumatına görə, sözügedən dövrə bankın cəmi aktivləri 376,759 mln manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 4,2% çoxdur.

Müştərilərə verilmiş xalis kreditlərin həcmi illik müqayisədə 15,8% artaraq 276,855 mln manat təşkil edib.

Ötən ilin üçüncü rübünün yekunları ilə müqayisədə bankın tələbli depozitlərin həcmi 0,9% azalaraq 11,961 mln manata, müddətli depozitləri isə 1,5% azalaraq 135,361 mln manata enib. Bankın cəmi öhdəlikləri isə 4,9% artaraq cari ilin sentyabrın 30-na 327,537 mln manat təşkil edib.

Kapitalı 50 milyon həddindən aşağı endi

Cari ilin ikinci rübündə 50,297 mln manat olan “Bank BTB”nin cəmi kapitalı yenidən 50 mln manat həddindən aşağı düşərək 49,222 mln manat olub.

2023-cü ilin ilk rübündə bankın xalis faiz gəlirləri 8,324 mln manat, xalis qeyri-faiz xərcləri isə 6,429 mln manat təşkil edib.

Zərərdədir

Əməliyyat mənfəəti 1,895 mln manat olan bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalarını 2,529 mln manat azaldıb. Lakin bankın gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən 5,411 mln manat xərci yaranıb və nəticədə, cari ilin üçüncü rübünü 987 min manat xalis zərərlə başa vurub.

Qeyd edək ki, “Bank BTB”nin səhmlərinin 74,99%-i Nigar Mehdiyevaya, 19,01%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Mahmudovaya məxsusdur. Nigar Mehdiyeva Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin gəlinidir.

Xatırladaq ki, bir müddət əvvəl mətbuatda “Bank BTB”nin Ramiz Mehdiyevin oğlu tərəfindən satışa çıxarıldığı, banka müştəri də tapıldığı yazılıb. Hətta onların arasında bankın 15 milyon manata satılması barədə razılıq da əldə olunduğu deyilir. R. Mehdiyev isə mətbauta açıqlamasında məlumatın doğru olmadığını deyib.
Tarix: 17-10-2023, 21:09
Xəbəri paylaş





Xəbər lenti