Əlixanbəyovların külli miqdarda borcu var - Üç aydır maaşlar ödənilmir

Əlixanbəyovların külli miqdarda borcu var - Üç aydır maaşlar ödənilmir

“ATEF Şirkətlər Qrupu” MMC-nin külli miqdarda vergi borcu yaranıb.
Siam. az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, şirkətin hazırda dövlətə olan vergi borcu 8 milyon 262 min 357 manat təşkil edir.

Ancaq şirkətin tək çətinliyi bundan ibarət deyil. Belə ki, ATEF-in onun tərkibinə daxil olan müəssisələrdə çalışan əməkdaşlarına da üç aydır maaş ödəmədiyi bildirilir.
Qeyd edək ki, ATEF-in qanuni təmsilçisi Əlixanbəyov Emil Talıb oğludur. Onun atası Talıb Əlixanbəyov isə ATEF-in Müşahidə Şurasının sədridir.
Şirkətin Əmircan qəsəbəsindəki Bakı yağ transformatorları zavodu, Qaraçuxur qəsəbəsində transformatorlar və elektrotexniki avadanlıqlar istehsal edən zavodu, Hövsan qəsəbəsində isə metal konstruksiya zavodu, bunlardan başqa, layihə-konstruktor bürosu, 3 tikinti-quraşdırma, həmçinin nəqliyyat və mexanikləşdirmə idarələri var.
Tarix: 23-10-2023, 21:47
Xəbəri paylaş





Xəbər lenti