Bakıda böyük təhlükə: missionerlərin tələsinə düşə bilərsiniz
Missioner təşkilatların nümayəndələri xüsusən İrandan Azərbaycana gələn turistlərə fləş-kart və telefonlar üçün mikro yaddaş kartı hədiyyə verirlər
Fləş-kart və telefonlar üçün mikro yaddaş kartının turistlərə verilməsi diqqətdən yayına bilməzdi. İranlı turistlərdən xahiş edib fləş-kart və telefonlar üçün mikro yaddaş kartlarına baxdıqda isə məlum olur ki, bu xristianlığın dini sektalarından birinə məxsus təbliğat vasitələridir. Turistlərə verilən fləş-kart və telefonlar üçün mikro yaddaş kartının içərisində “musiqi parçaları var” deyilsə də, əslində, müxtəlif dillərdə - Azərbaycan, fars, kürd, ingilis dillərində dinə çağırışlar yer alıb.
Maraqlıdır ki, fləş-kart və telefonlar üçün mikro yaddaş kartlarının içərisində olan səs yazılarını silmək mümkün olmur. Kimsə onu götürüb, “İçindəkini silərəm, hazır fləş-kart və telefonlar üçün mikro yaddaş kartıdır” deyərsə, yanılar. Onları silmək üçün mütləq peşəkar kompüter mütəxəsislərinə müraciət etməlidir.
Fləş-kart və telefonlar üçün mikro yaddaş kartını turistlərə hədiyyə edənlərdən hansı təşkilata məxsus olduqlarını soruşduqda isə heç bir cavab vermədən uzaqlaşıblar. (olke.az)
Siam.az
Tarix: 10-08-2017, 15:17