Azərbaycanlı sahibkar yandırıldı və... - Şok olay
Rusiyanın Tümen vilayətindəki Neftyuqansk şəhərində azərbaycanlı iş adamı, 1964-cü il təvəllüdlü İlyasov Fəzail Eldar oğlu vəhşicəsinə qətlə yetirilib.
Bu haqda Bastainfo.com-a Müsavat başqanının müşaviri Mərdan Mehdili məlumat verib. O bildirib ki, Fəzail İlyasov iki gün əvvəl naməlum şəxslər tərəfindən oğurlanıb.
“Rusiya polisi iki gün idi, itkin düşmüş şəxs kimi, onu axtarırdı. Bu gün səhər isə onun dükanı yandırılıb. Hadisə yerinə gələnlər onun öz dükanında yandırıldığını görüblər”, – Mərdan Mehdili bildirib.
Qeyd edək ki, Fəzail İlyasov Mərdan Mehdilinin bibisi oğludur. Mərdan Mehdili bildirib ki, mərhumun cənazəsi Rusiyada ekspertizadan keçirildikdən sonra Azərbaycana, Siyəzən şəhərinə gətirələcək.
Dəhşətli qətlin səbəbinə gəlincə, Mərdan Mehdili bununla bağlı məlumat olmadığını deyib.
“Onun kimsə ilə ədavəti, kiməsə borcu olmayıb. Əksinə, özü kimlərəsə borc pul verib. Qətlin səbəbi isə hələlik məlum deyil”, – Mərdan Mehdili bildirib.
Xatırladaq ki, 2016-cı ilin dekabr ayında Moskva şəhərində iki azərbaycanlı – ata və oğul yandırılmışdı.
Tarix: 10-08-2017, 21:38