Çavuşoğlunun xanımını hava limanında soydular - FİLİPPİNDƏ BİABIRÇILIQ
Türkiyənin xarici işlər naziri Mevlud Çavuşoğlu ötən həftə Filippinə səfər edib.Siam.az "ölkə.az"a istinadən xəbər verir ki, türk diplomat Manilada keçirilən 50-ci "Cənubi-Şərqi Asiya Ölkələri İttifaqı" xarici işlər nazirlərinin görüşündə iştirak edib. Çavuşoğlunun həyat yoldaşının zinət əşyaları hava limanında oğurlanıb.
Filippin mətbuatının xəbərinə əsasən Hülya Çavuşoğlunun zinyət əşyalarının saxlandığı qutu 4 nəfər tərəfindən oğurlanıb. Hava limanında baş verən hadisədə 1 ədəd "Escada" qızıl üzük, 1 ədəd brilliant üzük, 1 ədəd qızıl üzük, mirvari sırğalar və bir ədəd qızıl boyunbağı oğurlanıb.
Hülya Çavuşoğlu evə qayıtdıqdan sonra qutunun oğurlandığını görüb. Manlia hava limanından isə bildirilir ki, oğrular həbs edilib.
Oğurlanan zinət əşyaları İv Ronald Beqon, Uilson Mataqanas, Jon Endrüs Rakoma və Alfaro adlı şəxslərdən tapılıb. Oğrular günahlarını etiraf ediblər.
Tarix: 10-08-2017, 22:48