Azərbaycanlı biznesmenlərin qənimi “Tülpan İlhamın”killeri saxlanıldı-VİDEO
Bu yaxınlarda Rusiya Hüquq Muhafizə orqanlarının Sank-Peterburqdakı əməkdaşları soyğunçuluq və hədəqorxu ilə küllü miqdarda vəsait əldə edən cinayətkar dəstəni zərərsizləşdirib.Verilən məlumata görə,1990-cı ilən fəaliyyət gösətən bu cinayətkar dəsdə müxtəlif cinayət hadisələri törətməklə yanaşı, eyni zamanda soyğunçuluq, adamqaçırma əməlləri törətməkdə şübhəli bilinən bu dəstənin üzvüləri 34 yaşından 56 yaşına kimi dəyişən cinayətkarlardan təşkil olunub.Bununla bağlı Vətəninfo.az Fantanka.ru saytına isitnadən xəbər verir ki,bu dəstəyə uzun illər müxtəlif soyğunçuluq və müxtəlif cinayət əməllərinə görə həbs edilmiş 60 yaşlı Lionid Kolesnikov adlı şəxs rəhbərlik edirmiş.Keçirilən əməliyat nəticəsində Lionid Kolesnikov və digər banda üzvülərindən onlarla müxtəlif adlarda silah və partlayıcı maddələr aşkarlanaraq götürülüb. İstintaqa ilkin ifadələrində dəstə üzvüləri törətdikləri əməllərini etiraf etməklə bərabər,eyni zamanda əvvəllər onlara cinayət əməlləri həyata keçirmələri üçün kimlər tərəfindən sifarişlər verilirmiş onları da bildiriblər.
Qeyd edək ki, Azərbaycanda “Tülpan İlham” kimi tanınan Sank-Peterburqda azərbaycanlı biznesmenlərdən hədə-qorxu yolu ilə əldə etdiyi onlarla ticarət sahəsinin sahibi,İspaniyada bu gündə biznes şəbəkəsi mövcud olan,hazırda 15 ilə yaxın azadlıqdan mərhum edilən İlham Əliyevlə də Lionid Kolesnikovun əlaqələri mövcud olub. “Tülpan İlham”ın müxtəlif azərbaycanlı biznesmenlərə qarşı həyata keçirdiyi cinayət əməllərini məhz Lionid Kolesnikov digər bandalar həyata keçiriblər.
Tarix: 15-08-2017, 23:47