Qarabağda döyüşmüş erməni Suriyada məhv edildi - Foto

Qarabağda döyüşmüş erməni Suriyada məhv edildi - Foto Suriyada İŞİD-ə qarşı gedən döyüşlərdə Nubar Ozanyan adlı erməni öldürülüb.



Musavat.com-un erməni mediasına istinadən verdiyi məlumata görə, 14 avqustda məhv edilən bu şəxs kürd silahlılarının tərəfində döyüşürmüş. Kürd informasiya saytları erməninin 2015-ci ildən Suriyadakı aktiv döyüşlərə qatıldığını yazıb. İddialara görə, Ozanyan Türkiyədə, kasıb ailədə anadan olub. 1980-ci ildən kommunist partiyasının qanadı altındakı hərbi qüvvələrin tərkibində bir neçə döyüş əməliyyatlarına qoşulub. Erməni mənbələri konkretləşdirməsə də, şübhə yoxdur ki, Ozanyan PKK sıralarında Türkiyəyə qarşı döyüşüb. Bunu onun ölümü ilə əlaqədar Türkiyədəki bəzi antitürk qüvvələrin və Suriyadakı kürdlərin, həmçinin kommunistlərin Ozanyanın ölümü ilə bağlı başsağlığı verməsi də təsdiqləyir.



N.Ozanyan İŞİD-ə qarşı hərbi əməliyyatlarda marksist-leninistlər düşərgəsinin komandiri kimi iştirak edirmiş.



İŞİD-in məhv etdiyi erməni barədə digər ilginc məlumat da var. Belə ki, erməni mediası onun vaxtilə Qarabağ döyüşlərində iştirak etdiyini də yazıb. Bu, PKK-nın və ölkə xaricindəki muzdlu ermənilərin Qarabağ döyüşlərində iştirakını bir daha sübut edir.



Cavid TURAN,
Tarix: 17-08-2017, 08:08
Xəbəri paylaş





Xəbər lenti