Göygöldə bir nəfərin başı kəsilərək bədənindən ayrılıb, daha birinə ağır xəsarətlər yetirilərək öldürülüb

Göygöldə bir nəfərin başı kəsilərək bədənindən ayrılıb, daha birinə ağır xəsarətlər yetirilərək öldürülüb Göygöl rayonunda qətl hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qızılca kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kəndin sakinləri Təcili Tibbi Yardım Stansiyasına (TTSİ) zəng edərək iki naməlum şəxsin öldüyü barədə məlumat veriblər.
Hadisə yerinə gələn təcili tibbi yardımın əməkdaşları orada bir nəfərin başının bədənindən ayrıldığını, digərinin isə müxtəlif dəcəli bədən xəsarətləri ilə yaralandığını görüblər.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, əraziyə baxış keçirilib.

***

Göygöl rayonunda iki qadın amansızlıqla qətlə yetirilib.
"Report"un Qərb bürosunun məlumatına görə, onlardan biri başı kəsilərək öldürülüb, digərinə isə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib.
Təcili tibbi yardım briqadası hadisə yerinə gələrkən hələ həyatda olan yaralı qadın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Tarix: 17-08-2017, 21:18
Xəbəri paylaş





Xəbər lenti