Erməni hərbçi xidmət yoldaşını yandıraraq öldürüb
Xəbər verdiyimiz kimi, ötən gün saat 17:00-da Ermənistanın Tavuş vilayətinin Nerkin Karmirağbyur-Paravakar yolunda yanmış avtomobildə cəsəd tapılıb.
Nerkin Karmirağbyur kəndinin icra rəhbəri Manvel Kamendatyan Aravot.am saytına bildirib ki, "VAZ-2106" markalı avtomobildə yanaraq ölən şəxs 32 yaşlı kənd sakini, müqaviləli hərbi qulluqçu Vardan Qriqoryandır.
Araşdırma zamanı məlum olub ki, Qriqoryan 37 yaşlı Artur Lalayan tərəfindən döyülüb, daha sonra isə maşında yandılaraq öldürülüb. Şübhəli şəxs qismində saxlanılan Lalayan hadisə ilə bağlı bəzi məqamları etiraf edib və hərbi qulluqçu olduğunu bildirib.
Onun sözlərinə görə, hadisədən əvvəl hərbçi yoldaşı Qriqoryanla bir məclisdə yeyib-içib. Daha sonra aralarında mübahisə düşüb. Lalayan Qriqoryanın maşınına minərək oradan uzaqlaşıb. Hərbçilər arasında mübahisə maşında davam edib. Lalayan Qriqoryanı döyərək onu maşını ilə birlikdə dərəyə aşırdıb. Bununla kifayətlənməyən erməni hərbçi dərəyə enərək avtomobili yandırıb. Nəticədə Qriqoryan yanaraq ölüb.
Tarix: 18-08-2017, 13:10