Məşhur avtoritetlər Rövşən Lənkəranskinin il mərasimində

Məşhur avtoritetlər Rövşən Lənkəranskinin il mərasimində Ötən il avqustun 17-dən 18-ə keçən gecə Türkiyənin İstanbul şəhərinin Beşiktaş rayonundakı Barbarossa Bulvarında qətlə yetirilən azərbaycanlı kriminal avtoritet Rövşən Canıyevin (Lənkəranski) doğma vətəmində il mərasimi keçirilib.

Siam.az “Sputnik”ə istinadən xəbər verir ki, səhər saatlarından rayon sakinləri Lənkəranskinin məzarını ziyarət etməyə başlayıblar.

Canıyevin məzarı üzərinə kriminal avtoritetlərin adından göndərilən iri əklillər qoyulub. Mərhum avtoritetin adının çəkilməsini istəməyən ailə üzvünün bildirdiyinə görə, gül çələngi göndərən avtoritetlərin bəzilərinin özləri, bəzilərinin isə nümayəndələri Rövşən Canıyevin il mərasimində iştirak edirlər. Bunu mərhumun qəbrinin üzərinə qoyulmuş əklillərin üzərindəki adlardan da görmək olur. Gürcü və çeçen əsilli daha bir neçə avtoritetin də axşama qədər mərasimə qatılacağı gözlənilir. Mərasimə Rusiya, Ukrayna, Gürcüstan və Türkiyədən gələnlər var.

İl mərasiminin keçirildiyi yerdə — Kiçik Bazar ərazisində və Lənkəranskinin dəfn edildiyi Kiçik Bazar qəbiristanlığı ətrafında Dövlət Yol Polisinin əməkdaşları nəqliyyatın hərəkətinin tənzimlənməsinə nəzarət edirlər. Rövşən Lənkəranskinin il mərasiminin axşam saaatlarına kimi davam edəcəyi gözlənilir.

Siam.az
Tarix: 18-08-2017, 14:32
Xəbəri paylaş





Xəbər lenti