Ərəb turistə qarşı" 100 dollarlıq" dələduzluq

Ərəb turistə qarşı" 100 dollarlıq"  dələduzluq Bakıda hüquq mühafizə orqanları ərəb ölkələrindən gələn daha bir turistlə bağlı qəribə hadisə qeydə alıb.

Nəsimi rayon polis idarəsindən “Sputnik Azərbaycan”-a verilən məlumata görə, 18 avqustda 1996-cı il təvəllüdlü İraq vətəndaşı Əhməd Jasminə Muhammed 22-ci polis bölməsinə müraciət edib. Cavan oğlan bildirib ki, Xətai prospektindəki Qorqud otelində qalır.
Onun sözlərinə görə, 17 avqust 00:30 -da Dilarə Əliyeva, 215-dəki Grotto barından sərxoş vəziyyətdə çıxıb. Otelə tərəf gələndə ona tanımadığı bir kişi yaxınlaşıb və deyib ki, Azərbaycanda sərxoş vəziyyətdə, hətta gecə vaxtı belə gəzmək qadağandır, ona görə də məcburdur ki, ictimai qayda-qanunu pozduğuna görə polisə xəbər versin və bu da cəza ilə nəticələnəcək. Ərəb gənc də islam qayda qanunlarının hakim olduğu ölkədən gəldiyindən, adət etdikləri öz işini görüb. O tanımadığı adama inanıb və tez onun tələbini yerinə yetirib ki, günah etdiyinə görə cəzalanmasın. Naməlum şəxsin tələbi isə nə az, nə çox-cəmi 100 ABŞ dolları olub.


Sonra da dələduz qazancından məmnun halda məchulluğa qarışıb, iraqlı isə otelə qayıdıb və başına gələnləri tanışlarına söyləyib. Oteldə, əlbəttə zavallı turistə başa salıblar ki, tanımadığı şəxs onu aldadıb. Bundan sonra İraq vətəndaşı qərara alıb ki, polisə şikayət etsin.

Siam.az
Tarix: 21-08-2017, 10:43
Xəbəri paylaş





Xəbər lenti