Diri-diri yanıb ölən ailənin qatili evin oğludur? – DƏHŞƏTLİ İDDİA

Diri-diri yanıb ölən ailənin qatili evin oğludur? – DƏHŞƏTLİ İDDİA Lerikdə üç nəfərin öldüyü yanğının qəsdən törədildiyi ehtimal edilir.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Vizəzəmin kəndində 1963-cü il təvəllüdlü Elman Hüseynov, həyat yoldaşı, 1967-ci il təvəllüdlü Şükufə Hüseynova və qızı, 1995-ci il təvəllüdlü Süsən Mirzəzadənin yanaraq, ölməsi ilə nəticələnən hadisənin bəzi təfərrüatları məlum olub.


Ailənin yaxınlarının bildirdiyinə görə, E. Hüseynovun oğlu Mehdi Hüseynov polisə verdiyi ilkin ifadəsində hadisədən öncə evdə mübahisə baş verdiyini bildirib. O, atasının mübahisə zəminində anası və bacısını bıçaqladığını, evə od vurduğunu deyib. M. Hüseynov atasının əlindən qaçaraq, sağ qaldığını qeyd edib.

Lakin meyitlərin Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsində müayinəsi aparılarkən, məlum olub ki, sadəcə Elman Hüseynovun meyitinin üzərində bıçaq xəsarətləri var.

Bundan sonra, M. Hüseynov şübhəli şəxs qismində saxlanıb, hazırda dindirilir.

Qeyd edək ki, bu gün Lerikin Vizəzəmin kəndində baş verən yanğın söndürüləndən sonra hadisə yerindən Elman Hüseynov, Şükufə Hüseynova və Süsən Mirzəzadənin meyitləri aşkarlanıb.

* * *

Lerik rayonu, Vizəzəmin kəndində yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Lerik rayonu, Vizəzəmin kəndində ümumi sahəsi 135 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.

Yanğının kəşfiyyatı zamanı 1 nəfər tüstüdən yüngül zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən evdən çıxarılaraq Təcili Tibbi Yardım xidmətinə təhvil verilib və ona yerində ilkin tibbi yardım göstərilib.

Yanğınsöndürənlər tərəfindən ev sahibi 1963-ci il təvəllüdlü Hüseynov Elman Mirzəhüseyn oğlunun, həyat yoldaşı 1967-ci il təvəllüdlü Hüseynova Şüküfə Qüdrət qızının və ev sahibinin 1995-ci il təvəllüdlü qızı Mirzəzadə Süsən Elman qızının yanmış meyitləri aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Evin və köməkçi tikilinin qaqlqn hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 07:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Tarix: 22-08-2017, 23:58
Xəbəri paylaş





Xəbər lenti