Bakı və Tiflisdən şok əməliyyat: Həbs edilənləri “Lotu Quli”yə nə bağlayır? - İddia/Fakt

Bakı və Tiflisdən şok əməliyyat: Həbs edilənləri “Lotu Quli”yə nə bağlayır? - İddia/Fakt
Azərbaycanda və Gürcüstanda eyni vaxtda kriminal aləmlə əlaqəli şəxslərə qarşı əməliyyat keçirilib

Palitika.Az-ın verdiyi məlumata görə, Gəncədə və İmeritidə hər iki ölkənin Daxili İşlər Nazirliklərinin əməliyyatında saxlananlar olub.

Əldə etdiyimiz xəbərlərdə bildirilir ki, hər iki əməliyyatın “Lotu Quli” ləqəbli avtoritet Nadir Səlifovla əlaqəsi var.


Belə ki, N.Səlifovun Azərbaycan və Gürcüstandakı bəzi adamları həbs edilirlər. Onun kriminal avtoritet Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyevlə alovlanan müharibəsi bu həbsləri zəruri edə bilər.

Bu haqda gununsesi.info yazıb ki, Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (“Bandotdel”) Gəncə şəhərində xüsusi əməliyyat keçirib.

Əməliyyat zamanı kriminal aləmə meylli olan bir neçə nəfər saxlanılıb. Onlar arasında keçmişdə məhkumluq həyatı yaşayanlar da var.

Həmin şəxslərin bir sıra məşhur kriminal avtoritetlərlə əlaqədə olduqları müəyyən edilib. Lakin onların konkret hansı ittihamla həbs olunmaları hələlik açıqlanmır.

Təxminən ay yarım öncə Gəncədə kriminal aləmin nüfuzlu şəxsləri - 27 yaşlı Qurbanov Qurban, 27 yaşlı Əliyev Tural, 30 yaşlı Nəsirov Edqar və 39 yaşlı Kərimov Namiq arasında atışma olub.

Palitika.Az-ın verdiyi məlumata görə, Kəpəz rayonunda yerləşən “Miraj” çay evində baş verən hadisədən sonra Q.Qurbanov ölkə ərazisindən qaçmaq istəyərkən “Sınıq Körpü” keçid məntəqəsində saxlanılıb. Edqar Nəsirov isə yaralı halda xəstəxanaya yerləşdirilib.

Paralel olaraq Gürcüstandakı əməliyyatda tutulanların konkret olaraq “Lotu Qui”nin adamları olduqları açıqlanıb.

Tutulanların ikisi Azərbaycan vətəndaşladır. Digər 3 nəfərin axtarışı isə davam etdirilir. Onlar Gürcüstan vətəndaşlarıdır.

Gürcüstan DİN-nin verdiyi məlumata görə, axtarışda olanlardan ikisi ''qanuni oğru''dur.

Belə ki, Gürcüstan polisi İmeriti regionunun iki sakinə basqın edən şəxsləri saxlayıb. Onlar 1988 və 1973-cü il təvəllüdlü Azərbaycan vətəndaşlarıdır.

İlkin məlumata görə, saxlanılanlar ''Lotu Quli'' ləqəbi ilə tanınan Nadir Səlifovun qrupunun fəal üzvləridir. Silahlı basqın Tibilisi-Batumi yolunda dekabrın 1-də baş verib.

Beş nəfərdən ibarət qruplaşma dekabrın 1-də BMW markalı avtomobildə Tbilisidən Batumi istiqamətində gedən iki vətəndaşa odlu silahla hücum ediblər.

Onlara zor tətbiq edərək 140 min dollar, mobil telefonlar və bəzi şəxsi əşyaları əllərindən alaraq qaçıblar. Hadisənin səhəri gün Broliskedi kəndində cinayətkarlardan ikisi saxlanılıb.

Onların Azərbaycan vətəndaşı olduğu bildirilir. Axtarış zamanı onlardan 90 min dollar götürülüb. Gürcüstan DİN soyğunçuları "isti izlər"lə tapıb.

Polis onlardan oğurlanmış pulun bir hissəsini müsadirə edib. DİN cinayətkar qruplaşmanın bütün üzvlərinin şəxsiyyətini müəyyən edib.

Qruplaşmanın üzvləri arasında 2 "qanuni oğru" olmaqla üç Gürcüstan vətəndaşı da var. DİN qruplaşmanın bütün üzvlərinin saxlanılması istiqamətində tədbirlər həyata keçirir.

Xatırladaq ki, “Lotu Quli” hazırda Türkiyədə yaşayır və ona sui-qəsd etməkdə ittiham edilən N.Canıyev İstanbulda həbsdədir.

Uzun müddət həbsdə qalmasına baxmayaraq, ''Lotu Quli''nin Rusiya və postsovet ölkələri, o cümlədən Gürcüstan və Azərbaycanın kriminal aləminə böyük təsiri var.
Tarix: 5-12-2017, 09:58
Xəbəri paylaş





Xəbər lenti