Yol polisindən gözlənilməz hərəkət: Cərimələmək əvəzinə… – VİDEO

Yol polisindən gözlənilməz hərəkət: Cərimələmək əvəzinə… – VİDEO
Həzi Aslanov metrosundan Ukrayna dairəsi adalanan istiqamətdə hərəkət edən DYP avtomobili gözlənilməz hərəkətə yol verib.

Bizimyol.info-nun azxeber.com-a istinadən məlumatına görə, görüntünü sürücülərin birinin avtomobilindəki kamera lentə alıb. Hərəkətdə olan DYP avtomobili qarşıdan gələn qara “Range Rover” markalı avtomobilə yol verib. “Range Rover” yol polisinin gözü önündə qoşa xəttin tələbini kobud şəkildə pozaraq sola dönmə əməliyyatını yerinə yetirib.

Bu mənzərə qarşısında sürücünü cərimələməli olan DYP əməkdaşı avtomobilini sürərək hadisə yerindən uzaqlaşıb.

Həmin görüntüləri təqdim edirik:
Tarix: 6-12-2017, 22:48
Xəbəri paylaş





Xəbər lenti