Qızın ölümündə təqsirli hesab edilən həkim artıq işə gəlmir – ÖZƏL

Qızın ölümündə təqsirli hesab edilən həkim artıq işə gəlmir – ÖZƏL
Xəbər verdiyimiz kimi, noyabrın 30-da paytaxtın Nərimanov rayonu ərazisində yerləşən “Grand Hospital” tibb mərkəzində 1997-ci il təvəllüdlü Mirzəyeva Ayşən Müşviq qızı üzərində keçirilmiş əməliyyatdan sonra vəziyyəti ağırlaşaraq, koma vəziyyətinə düşmüş və dekabrın 5-də vəfat edib.

Bununla bağlı daxil olmuş məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Maraqlıdır, xəstənin ölümündə adı hallanan həkim radioloq İlqar hüseynov hazırda çalışırmı?

Cebhe.info bu suala cavab tapmaq üçün klinikanın bir neçə nömrəsinə zəng etdik. Ötən günlərdə də dəfələrlə eyni nömrədən əlaqə saxlamışdıq. Klinikanın mobil və şəhər telefonuna etdiyimiz zəngə cavab verən olmadı. Lakin qısa nömrənin operatoru zəngimizi cavablandırıb: "İlqar həkim hələ ki, işdə deyil. Dünəndən işə gəlmir. Səbəbini bizə deməyib. Nə zaman işə çıxacaq, bunu da deyə bilmərik."

Nigar Məhərrəm
Tarix: 7-12-2017, 14:30
Xəbəri paylaş





Xəbər lenti