Fədayə - “Qoca” işində dönüş: Müğənni dekabrda azad edilir? - Təfsilat

Fədayə - “Qoca” işində dönüş: Müğənni dekabrda azad edilir? - Təfsilat
Məhbusların xüsusi təyinatlı vaqondan qaçmasına kömək etməkdə təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçın əfv edilə bilər

Palitika.Az-ın verdiyi məlumata görə, F.Laçının dekabrda gözlənilən əfv fərmanı ilə azadlığa çıxacağı gözləntisi var.

9 nəfərin imzaladığı müraciət prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya ünvanlanıb.


Müraciəti Alim Qasımov, Aftandil İsrafilov, Rafiq Bayramov, Arif Babayev, Mənsum İbrahimov, Zaur Rzayev, Nazpəri Dostəliyeva, İlqar Muradov və Səkinə İsmayılova imzalayıblar.

Müraciətdə Fədayə Laçının sənət adamı kimi xidmətlərinin nəzərə alınaraq, bağışlanılması istənilir.

Müraciət müəllifləri kifayət qədər tanınmış, hörmətli, nüfuzlu sənət adamlarıdırlar. Onların xahişinin nəzərə alınacağı gözlənilir.

Necə ki, bir müddət əvvəl AYB-dən tutmuş tanınmış aktyorlara qədər Mehman Əliyevin azad olunması üçün müraciəti müsbət nəticə vermişdi.
Fədayə Laçının da azadlığı üçün müraciət edən şəxslər ürəkaçan nəticə olacağına ümid edirlər.

Gələn məlumatlarda da deyilir ki, F.Laçının işi araşdırılır və məhkumların qaçışında hansı rola malik olduğu istintaq tərəfindən müəyyən edilir.

Xüsusən də məhkumların qatardan deyil, avtomobillə qaçmaları həbsdə olan müğənninin işini yüngülləşdirə bilər.

Məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən 3 nəfər saxlanılıb. Onlardan biri tanınmış müğənni Fədayə Laçındır.

Fədayə Laçınla yanaşı, Məhəmməd Hacıyev və Günay Atakişiyeva barəsində həbs qətimkan tədbiri seçilib. Bundan başqa, hadisə ilə əlaqədar Pentensiar Xidmətin bir neçə əməkdaşı da həbs olunub.

Palitika.Az xəbər verir ki, Fədayə Laçın hepatit xəstəsidir. Bunu vəkili açıqlayıb.

Onun müalicəsinin həbsxana şəraitində aparılması çox çətindir. Bu məsələ ilə bağlı da müraciət ediləcək. Çünki bu xroniki xəstəlikdir və müalicəsinin mütəmadi aparılmasına ehtiyac var.

Onun xəstəliyi, ana olması, bu cinayətdə birbaşa iştirakının olmadığı nəzərə alınaraq şərti azadlığa çıxa bilər.

Ümumiyyətlə, qətiimkan tədbirinin dəyişdirilməsi mümkündür. Qətiimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətiimkan tədbirləri seçilə bilər.

Cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda, yüngül qətiimkan tədbirilə əvəz edilə bilər.

Hazırki şəraitdə Fədayə Laçın barəsində həbs-qətiimkan tədbiri seçilib. Bu, ciddi qətiimkan tədbiri hesab olunur.

Qətiimkan tədbirinin təsdiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti çərçivəsində onu ləğv edə bilər.

Nəzərə alsaq ki, həbs-qətiimkan tədbiri məhkəmə tərəfindən seçilib, onun ləğvi də yalnız məhkəmə qaydasında mümkündür.

Qətiimkan tədbirinin dəyişdirilməsi, yaxud zaminliyə verilməsilə bağlı qərar verilə bilər. Bu da yalnız məhkəmə qərarı ilə.

Zaminliyə verilmə iki cür olur: şəxslərin zaminliyinə verilmə və təşkilatın zaminliyinə verilmə. İndiki halda Fədayə Laçın yalnız məhkəmə qərarı ilə şəxslərin zaminliyinə verilə bilər.
Tarix: 10-12-2017, 21:14
Xəbəri paylaş





Xəbər lenti