Bakıda ticarət mərkəzində faciə: 28 yaşlı gənc liftdə öldü

Bakıda ticarət mərkəzində faciə: 28 yaşlı gənc liftdə öldü Bakıda bədbəxt hadisə nəticəsində 28 yaşlı oğlan ölüb. Cumhuriyyet.az FHN-nin saytına istinadən bildirir ki, Bakının Xətai rayonu ərazisində yerləşən ticarət mərkəzindəki liftin təmiri zamanı 1 nəfər köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, liftə təmir işləri görən 1989-cu il təvəllüdlü Şərifov Səfa Ramiz oğlu liftin xarici divarı ilə şaxtanın divarı arasında sıxılmış vəziyyətdə qalaraq vəfat edib.
Xilasedicilər S.Şərifovun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Tarix: 10-12-2017, 22:18
Xəbəri paylaş





Xəbər lenti