Bakıda qısqanclıq zəminində dəhşətli qətl

Bakıda qısqanclıq zəminində dəhşətli qətl
Bakıda qayınata ərinə xəyanət edən gəlinini başından güllələyərək öldürüb

Bakının Sabunçu rayonunda qısqanclıq zəminində qətl hadisəsi baş verib.


Hadisənin baş verdiyi ərazidə yaşayan sakinlərin "Report"a verdiyi məlumata görə, 1993-cü il təvəllüdlü M.A. Xanağa qızı qonşuluqda yaşayan şəxslə həyat yoldaşına xəyanət edib.

Bunu bilən M.A-nın qayınatası gəlinini qoşalülə tüfəngi ilə başından güllələyərək qətlə yetirib. Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsi və Prokurorluğunun əməkdaşları cəlb edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.


Siam.az
Tarix: 12-12-2017, 08:00
Xəbəri paylaş





Xəbər lenti