Bakı metrosunda qorxulu anlar

Bakı metrosunda qorxulu anlar
Qatardan düşən sərnişin digər xəttin stansiya yoluna yıxılıb

Bu gün saat 12:15 radələrində Bakı metrosunun "Nəsimi" stansiyasında 1987-ci il təvəllüdlü Paşayev Oktay Nazim oğlu stansiya yoluna yıxılıb. Bu haqda Sputnik Azərbaycan-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidətinin rəhbəri Nəsimi Paşayev xəbər verib.

O bildirib ki, "Həzi Aslanov" — "Dərnəgül" xətti ilə hərəkət edən qatardan düşən sərnişin digər xəttin stansiya yoluna düşüb: "Həmin vaxt stansiyada qatar olmayıb. Xoşbəxtlikdən sərnişin heç bir xəsarət almayıb. İşə getdiyini bildirən Oqtay Paşayev başının fırlandığını və buna görə müvazinətini itirdiyini qeyd edib".


Tarix: 12-12-2017, 13:33
Xəbəri paylaş





Xəbər lenti