Azərbaycanda 15 yaşlı oğlan özünü güllələdi
Lənkəranda 15 yaşlı uşaq özünü güllələyib.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, dekabrın 14-də Lənkəran rayonunun Liman şəhəri ərazisində şəhər sakini, 15 yaşlı Heydər Axundov ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən xəsarət alıb və hadisə yerində ölüb.
Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan tüfəng götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Tarix: 15-12-2017, 13:51