YEVLAX RAYONUNDA EVİ YANAN ŞƏHİD AİLƏSİNİN NALƏSİ. Yaxud qan ağlayan azyaşlı yetimlərin faciəsi

 YEVLAX RAYONUNDA EVİ YANAN ŞƏHİD AİLƏSİNİN NALƏSİ. Yaxud qan ağlayan azyaşlı yetimlərin faciəsi

"CARCİ.TV"-yə yazdığı şikayət məktubuna istinadən Sabunçu qəsəbəsi, Natavan küçəsi 2-də məcburi köçkün kimi yaşayan Əliyeva Zeynəb İbrahim qızının 12 oktyabr 2014-cü il tarixdə Yevlax rayonunda 2 mərtəbəli evi naməlum səbəblərdən yanmışdır. Qohum-əqrəbası Qarabağ döyüşlərində şəhid olan Zeynəb xanımın heç bir yerdən köməyi yoxdur. Ev yanarkən içərisindəki əşyalari belə xilas etmək mümkün olmamışdır. Hadisə baş verən zaman FHN-nin Yevlax Rayon Xidməti helihopter çağıraraq yanğın söndürülmüş və yanğına ətrafdakı qonşular şahidlik etmişlər. Evə dəymiş ziyan FHN tərəfindən qiymətləndirilmişdir.
Evin qiymətləndirilməsi və digər sənədlər Yevlax rayon Polis şöbəsində seyfdə saxlanılır. Belə ki, evin qiymətləndirilməsi əşyalari ilə birlikdə 161 min (bir yüz altmış bir min, yəni 125 min evə və 36 min evin əşyalarına) manat qiymətləndirilmişdir.
Evin yanması barədə Prezident Aparatına,Yevlax rayon icra hakimiyyətinə, Yevlax rayon polis şöbəsinə, FHN-in Yevlax rayon şöbəsinə xeyli müraciətlər etmiş, amma 3 il keçməsinə baxmayaraq heç bir tədbir görulməmiş, ailənin səfil yaşaması heç kimi maraqlandırmamışdır. Onun dövlət başçısına yazdığı məktublar Yevlax RİH-ə göndərilir və beləliklə məktublar müsbət icrasını tapmır. Onun aidiyyatı orqan və təşkilatlara yazdığı məktublara (Yevlax RİH-dən gələn cavab məktubu: N 442; 14 avqust 2017-ci il) laqeyd münasibət göstərilmiş və “evinizin sığortası yoxdur”, deyə onu dövlət orqanlarından qovub təhqir etmişlər. Yatmağa yorğan-döşəyi belə olmayan Zeynəb Əliyeva özlərini intihar etmək istəyən 2 azyaşlı uşağı ilə birlikdə üç ildir quru yerdə yatırlar. O, ciyərlərinə su gəlmiş, ayaqları tutulmuş vəziyyətdə Respublika Klinik Xəstəxanasında yerləşdirilmişdir.
Redaksiyadan:
Məktubu redaksiyaya gətirən 2 azyaşlı uşağın göz yaşlarına dözməyib xəstəxanaya getdim və Zeynəb Əliyevanı çox ağır vəziyyətdə Reanimasiya şöbəsində gördüm. Hüquqları kobudcasına pozulan Əliyeva Zeynəb İbrahim qızı son dəfə Azərbaycan Prezidenti cənab İlham Əliyevdən və Azərbaycanın Birinci Vitse Prezidenti xanım Mehriban Əliyevadan ailəsinə dəymiş ziyanın ödənilməsi barədə xahiş etdi.

Əliyeva Zeynəb İbrahim qızının telefon nömrəsi: (055)-412-62-74

Rahib Karimli
Tarix: 18-12-2017, 14:25
Xəbəri paylaş





Xəbər lenti