Bakıda 44 yaşlı kişi özünü tut ağacından asdı

Bakıda 44 yaşlı kişi özünü tut ağacından asdı Bakıda intihar hadisəsi olub.

Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi, Yavər Həsənov küçəsində baş verib. Həmin küçənin sakini, 1973-cü il təvəllüdlü Nəbiyev Allahverdi Qədir oğlu özünü yaşadığı evin həyətindəki tut ağacından asıb.

İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
Tarix: 22-12-2017, 09:58
Xəbəri paylaş





Xəbər lenti