Bakıda 200 min manatlıq dələduzluq edən şəxs məhkəmə zalında həbs edilib

Bakıda 200 min manatlıq dələduzluq edən şəxs məhkəmə zalında həbs edilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elxan Babayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Tamilla Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib. E.Babayev məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, E.Babayev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham edilib. İttiham aktına əsasən, o, Bakıda 3 nəfərə qarşı 200 min manatdan çox dələduzluq edib.
Tarix: 22-12-2017, 10:46
Xəbəri paylaş





Xəbər lenti