"Əlillərin binası"nda qətl baş verib

"Əlillərin binası"nda qətl baş verib Göygöl rayonunda həmyerlisini qətlə yetirən şəxsin kimliyi məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhər ərazisində "Əlillərin binası" deyilən binada baş verib. Belə ki, həmin binada yaşayan Daşkəsən rayon sakini, 1949-cu il təvəllüdlü Qəzənfər Müzəffər oğlu Musayev tanışı olan Göygöl rayon sakini, 1952-ci il təvəllüdlü Muradov Seymur Rafiq oğlu ilə yeyib-içdikdən sonra aralarında mübahisə yaranıb. Bu zaman S.Muradov bıçağa əl ataraq ev sahibi Q.Musayevi qətlə yetirib.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Tarix: 27-12-2017, 10:25
Xəbəri paylaş





Xəbər lenti