Mingəçevirdə sələmçinin evi qarət olunub

Mingəçevirdə sələmçinin evi qarət olunub Mingəçevir şəhərində mənzildən oğurluq olub. Hadisə dekabrın 26-da, şəhərin Aydın Məmmədov küçəsi, ev 13, mənzil 10-da qeydə alınıb. Belə ki, günorta saatlarında həmin ünvanda yaşayan Qaragilə İsmayılovanın mənzilinə daxil olan naməlum şəxs və ya şəxslər oradan 15 min manatdan çox nağd pul və xeyli sayda qızıl-zinət əşyaları oğurlayıblar.

İddialara görə, Qaragilə İsmayılova şəhərdə daha çox sələmçi kimi tanınır. Hadisənin sələmçiliklə əlaqəli olub-olmadığı dəqiq deyil.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsində araşdırma aparılır.

Azər
Tarix: 28-12-2017, 09:37
Xəbəri paylaş





Xəbər lenti