Bərdədə orta yaşlı qadın ağrıkəsici dərmandan zəhərlənib

Bərdədə orta yaşlı qadın ağrıkəsici dərmandan zəhərlənib
Bərdə rayonunda zəhərlənmə hadisəsi baş verib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, 1986-cı il təvəllüdlü rayon sakini Babayeva Şəhla Rəmiş qızı ağrıkəsici dərmandan zəhərlənib.

Vəziyyəti ağırlaşan qadın Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Reanimasiya şöbəsinə yerləşdirilən qadının vəziyyəti ağırdır.
Tarix: 1-01-2018, 16:22
Xəbəri paylaş





Xəbər lenti