Trol hücumları Rövşən Ağayevin bloqunun bloklanmasına səbəb oldu



İqtisadçı Rövşən Ağayevin bloqu virus hücumları səbəbindən blоk edilib. Bu barədə o fb səhifəsində yazıb:

“Söyüş və təhqir yazmayan, kiminsə şəxsinə toxunacaq ifadə işlətməyən, hətta hökumətin təəbirincə desək, “siyasətə qarışmayan”, yalnız müstəqil iqtisadi analizlər paylaşan bir bloqa niyə hücum olsun ki?
Fb-nin şəxsi bloqumu 3 gün əvvəl bloklaması ilə bağlı apardığım ilkin araşdırma nəticəsində bəlli oldu ki, bloqa aramsız virus hücumları ehtimalı var və fb də təhlükəsizlik üçün bloq üzərindən paylaşımlara blok qoyub.

Trol ordusu sayəsində internet və ifadə azadlığının dadını çıxarıram. Deyəcək başqa sözüm yox.
Sözdən söz düşmüşkən, onsuz da son 5 ildə bütün ənənəvi və internet TV-lərə, xeyli sayda internet portallarına və saytlara çıxışım yasaqlanıb.
Bloqumun sosial şəbəkələr vasitəsilə paylaşımlarının qadağan olunması sayəsində söz deməyə məkanlar da artıq daralır…”

Tarix: 13-04-2018, 17:14
Xəbəri paylaş





Xəbər lenti