42 yaşlı lənkəranlının qulağını kəsdilər

 Lənkəran sakini bıçaqlanıb.
Siam.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Ləj kəndinin ərazisində qeydə alınıb. Həmin kəndə qonaq gedən Girdəni kənd sakini, 1976-cı il  təvəllüdlü Vaqif Balaxan oğlu Əliağayev qayıdarkən yolda tanımadığı şəxslərlə mübahisə edib. Sonradan düşən dava zamanı V. Əliağayevin qulağı kəsilib.Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona ilk tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Tarix: 18-04-2018, 07:52
Xəbəri paylaş





Xəbər lenti