Məşhur mafiya başçısı öldürüldü - FOTO

                     Yunanıstanın Afina şəhərində kriminal dünyada “Bubi” ləqəbi ilə tanınan 45 yaşlı Yorqos Litsos güllələnib.
Yenicag.az bildirir ki, o, Yunanıstan mafiyasının “xaç atası” idi.
AMNA agentliyinin məlumatına görə, 2 naməlum şəxs mafiya başçısının avtomobilini atəşə tutublar.
Xəstəxanaya çatdırılan kriminal avtoriteti xilas etmək mümkün olmayıb.
Polisin versiyasına görə, qətl sifarişlidir və qisas məqsədi ilə həyata keçirilib.
Qətlin təfərrüatı dəqiqləşdirilir. 
Tarix: 21-04-2018, 08:12
Xəbəri paylaş





Xəbər lenti