Moskvada qasırğa: 2 nəfər ölüb – FOTO

                                     Moskvada qasırğa nəticəsində 2 nəfər həlak olub, 17 nəfər yaralanıb.

Oxu.Az RİA Novosti-yə istinadla xəbər verir ki, Rusiya paytaxtının meri Sergey Sobyaninin Twitter səhifəsində yerləşdirdiyi məlumatda Moskvada baş vermiş qasırğa nəticəsində 12 nəfərin, o cümlədən 3 uşağın yaralandığı bildirilirdi.

Uşaqlardan biri, həmçinin 1 kişi də həlak olub. Saniyədə 30 metr sürətlə əsən külək yüzlərlə ağacı kökündən çıxarıb.

Son məlumata görə, yaralananların sayı 17-yə çatıb.

Gecə saatlarında havanın soyuyacağı, sulu qar yağacağı gözlənilir.



Tarix: 21-04-2018, 22:13
Xəbəri paylaş





Xəbər lenti