Allahı və peyğəmbəri təhqir edən dostunu qətlə yetirdi - BƏRAƏT ALDI

 Allahı və peyğəmbəri təhqir etdiyi üçün dostunu qətlə yetirməkdə təqsirləndirilən Vüqar Həsənovun cinayət işi üzrə məhkəmə iclası davam edib.
Hurriyyet.org xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında Vüqar Həsənovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Təqsirləndirilən şəxs bildirib ki, qətli törətməsəydi dostu onu öldürəcəkdi: "İşimə ədalətli baxmağınızı xahiş edirəm".
Məhkəmənin hökmü ilə Vüqar Həsənovun qətli özünümüdafiə məqsədilə törətdiyi qənaətinə gəlinib. Onun barəsində bəraət hökmü çıxarılıb.
O, yalnız silah saxlama maddəsi ilə 9 ay müddətinə azadlıq məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Bakının Xətai rayonu ərazisində baş verib. Paytaxt sakini, 31 yaşlı Vüqar Əbdülhəmid oğlu Həsənov Günəşli qəsəbəsi, General Mehmandarov küçəsi 20 ünvanında dostu Elşən Məmmədovla mübahisə edib.
Mübahisəyə səbəb isə mərhumun Allahı və peyğəmbəri təhqir etməsi olub.
Belə ki, E.Məmmədovun azyaşlı övladı xərçəng xəstəliyindən dünyasını dəyişib. V.Həsənov da dostunun oğlunun yas mərasimi günü orada iştirak edib. E.Məmmədov oğlunun ölməsinə üzüldüyünü və buna görə Allahı və peyğəmbəri günahkar bilib və nalayiq ifadələr işlədib.
Daha sonra V.Həsənov dostuna etiraz edib. Bundan sonra hər iki şəxs arasında mübahisə yaranıb. Onlar mübahisələrini yas mərasimindən kənarda etməyə başlayıblar.
Mübahisə qanlı sonluqla nəticələnib. Onlar əvvəl bir-birilərinə bıçaqla xəsarətlər yetiriblər.
Nəticədə ağır xəsarət alan V.Həsənov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun bıçaqladığı şəxs isə hadisə yerində dünyasını dəyişib. Əraziyə Xətai RPİ-nin əməkdaşları cəlb olunub, müayinələr aparılıb.
Məlumata görə, hər iki şəxs eyni məhəllədə yaşayıb və dost olublar. Onların hər ikisi Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə əvvəllər məhkum ediliblər./lent.az/
Tarix: 24-04-2018, 16:15
Xəbəri paylaş





Xəbər lenti