Cəlilabadda iki qardaş qonşularına 10-dan çox bıçaq zərbəsi vurdu


Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə axşam saatlarında Privolniye kəndində qeydə alınıb.

Kənd sakini Şahmarov Elvin Şirbala oğlu qardaşı Elgün ilə birlikdə qonşusu, 1989-cu il təvəllüdlü Şükürov Elməddin Cavid oğluna 10-dan çox bıçaq xəsarəti yetiriblər. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır.

Hadisəni törədən qardaşlardan biri - Elvin Şahmarov saxlanılıb. Digər qardaş - Elgün Şahmarov isə qaçaraq, istintaqdan yayınıb.

Faktla bağlı istintaq araşdırması davam edir.

Tarix: 25-04-2018, 08:02
Xəbəri paylaş





Xəbər lenti