Samuxda ər arvadını döyərək öldürüb

 

Samuxda qətl hadisəsi törədilib.

Hadisə rayonun Kolayır kəndində baş verib.Orada yaşayan 1981-ci il təvəllüdlü Ağamir Səmədov ailə münaqişəsi zəminində yaşadığı evin həyətində həyat yoldaşı, 1983-cü il təvəllüdlü Ləman Səmədovanı döyüb. Bədən xəsarətləri alan qadın orada ölüb.Cinayəti törədən şəxs saxlanılıb. Məlumata görə, ailənin 3 övladı var.
 A. Səmədov bundan əvvəl məhkumluq həyatı yaşayıb.

 Faktla bağlı Samux rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

 


 



 


Tarix: 30-04-2018, 21:43
Xəbəri paylaş





Xəbər lenti