Qohumunun darvazasına güllə atan Bərdə sakini saxlanıldı


Aprelin 30-da Bərdə rayonunun Kələntərli kəndində yaşayan Samir Lətifovun evinə gəlmiş əmisi Zamanın onun həyətinin darvazasına tüfəngdən atəş açması barədə RPŞ-yə məlumat daxil olub.

DİN-dən verilən məlumata görə, baş vermiş hadisənin araşdırması ilə əlaqədar RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Xuliqanlığı törətməkdə şübhəli bilinən Zaman Lətifov polis əməkdaşları tərəfindən saxlanılıb, ondan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Tarix: 2-05-2018, 07:46
Xəbəri paylaş





Xəbər lenti