ABŞ “S-400”-lərə dair yenidən Türkiyəyə narahatlığını bildirib


ABŞ administrasiyası Rusiyadan “S-400” zenit-raket komplekslərinin tədarükünə dair Türkiyənin qərarından narahatlığını ifadə etməkdə davam edir. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət departamentinin rəsmi nümayəndəsi Hizer Nauert bildirib.

 

“Biz Türkiyənin Rusiyadan “S-400”-ləri mümkün tədarükündən ciddi narahatıq. NATO üzvü olan Türkiyə Alyansla bağlanan razılaşmalara müvafiq olaraq, yalnız NATO-dakı tərəfdaşlarına uyğun gələn silah əldə etməlidir. Biz burada uyğunluq olduğunu hesab etmirik”, - deyə Hizer Nauert bildirib.

 

Bundan əvvəl ABŞ-ın yeni dövlət katibi Mayk Pompeo Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğluna Ankaranın “S-400”-lərə dair qərarından narahatlığını bildirib.

Tarix: 4-05-2018, 08:28
Xəbəri paylaş





Xəbər lenti