Erməni əsgəri başından vurularaq öldü


Erməni əsgəri başından vurularaq öldü
Ermənistan ordusunun hərbi qulluqçusu ölüb.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi informasiya yayıb.

Mayın 4-ü gecə 01:10 radələrində ölkənin şimal-şərq istiqamətində yerləşən hərbi mövqedə Artuq Qasparyan (1998) adlı hərbi qulluqçunun cəsədi tapılıb. Erməni əsgərin başından güllə yarası aldığı bildirilib.

Faktla bağlı istintaq aparılır.
 
Tarix: 4-05-2018, 13:19
Xəbəri paylaş





Xəbər lenti