Pulla dolu zirehli maşının qapısı açıldı, yola dollar "yağdı"... - FOTO+VİDEO






ABŞ-da bir banka aid pul daşıyan zirehli maşının arxa qapısının açılması nəticəsində 600 min dollar dəyərində əskinas magistral yola dağılıb.
 
Moderator.az xəbər verir ki. ABŞ-ın İndiana ştatında baş verən hadisədə yola dağılan pullar xaosa səbəb olub. 

Hadisə yerinə gələn şəxslər 600 min dollarlıq pulun dəqiq miqdarının daha sonra açıqlanacağını bildiriblər. Arxa qapının açılmasına nəyin səbəb olduğu isə hələ də bilinmir.
 
Kamran




Tarix: 5-05-2018, 07:39
Xəbəri paylaş





Xəbər lenti