Erməni hərbçi döyüş mövqeyində başından güllə yarası alaraq ölüb


Hadisə düşmənin şimalda yerləşən hərbi hissələrindən birində baş verib

 Mayın 6-sı səhər saatlarında Ermənistan Müdafiə Nazirliyinin şimalda yerləşən hərbi hissələrindən birinin müdafiə məntəqəsinin döyüş mövqeyində hərbçi ölüb.

“Report” erməni mətbuatına istinadən xəbər verir ki, 1999-cu il təvəllüdlü hərbi qulluqçu Levon Arsenoviç Torosyanın başında odlu silah yarası aşkar edilib.

Hadisənin səbəblərinin araşdırılması məqsədi ilə istintaq aparılır.

Tarix: 6-05-2018, 20:20
Xəbəri paylaş





Xəbər lenti