Sabirabadda partlayış olub


Sabirabadda partlayış olub
Sabirabad rayonunda evdə qaz partlayıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Yolçubəyli kəndində baş verib.

Evə qaz sızması nəticəsində baş verən partlayış zamanı, 1955-ci il təvəllüdlü Ələsgərov Malik Xanbala oğlu və onun həyat yoldaşı, 1958-ci il təvəllüdlü Ələsgərova Gövhər Qurban qızı müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
 
Tarix: 7-05-2018, 09:24
Xəbəri paylaş





Xəbər lenti