Prokuror oğlunun döydüyü işçi şikayətçi olduğu üçün işdən qovuldu VİDEO


Naxçıvan Muxtar Respublikası Babək rayon sakini İbrahimov Abbas Akif oğlu çalışdığı “Evimiz” mebel salonundan içdən azad olunub. Azadliq.info-ya bu barədə İbrahimov Abbas özü məlumat verib. O, işdən çıxarılmasına səbəb olan hadisə haqda da danışıb. “2009-cu ildən “Evimiz” mebel salonunda anbardar köməkçisi işləmişəm. 2017-ci il iyunun 10-da iş yoldaşım Kamalov Müşfiq Oktay oğlu tərəfindən ağır xəsarət alaraq özəl klinikaya yerləşdirmişəm. Özümə gələndən sonra mənə məlum olub ki, vurulmağım barədə hüquq mühafizə orqnlarına xəbər verilməyib. Guya mənim evdə yığıldığım deyilib. “Siti Hospital”-da 26 gün müalicə olunduqdan sonra ambulator müalicəyə buraxılmışam. Daha sonra 3 saylı Sabunçu xəstəxanasında müalicəni davam etdirmişəm. Həmin ilin oktyabr ayından isə işimə davam etmişəm,- deyə şikayətçi bildirib.
Amma bu zaman ərzində hüquq mühafizə orqanlarına şikayətlər edib. Kamalov Müşviq Oktay oğluna qarşı cinayət işinin başlanmasına nail olub. Lakin onun atası əvvəllər prokurorluq orqanlarında işlədiyindən oğlunun ölkədən çıxışını təmin edə bilib.
İbrahimov Abbas həm istintaqın gedişindən, həm də hospitalın verdiyi rəydən narazıdır. Bu məsələdə çalışdığı şirkətin rəhbərliyinin rolu olduğunu da düşünür. “Müdir Murad Muradov mənə dəfələrlə şikayətimdən əl çəkməyi tövsiyyə edib. Mən isə mənə dəymiş maddi ziyanın ödənilməsini istəmişəm. Ağır əməliyatlara görə 14 min manatdan artıq xərcim çıxıb. Çənəmdə hələ də metal mil qalır. Öz mövqeyimdən geri çəkilmədiyimə görə bu ilin mayın əvvəlindən işdən azad olunduğumu elan etdilər. Şirkət öz nüfuzunu insan həyatına qurban verdi,- deyə İbrahimov bildirib.
O, bundan sonra mübarizəsini məhkəmə müstəviaində davam etdirmək istədiyini də qeyd edib.

Yazıda adı çəkilən şəxslərin mövqe bildirmək hüququ saxlanılır.

Siam.az

Tarix: 7-05-2018, 17:12
Xəbəri paylaş





Xəbər lenti