Bərdədə atanın başından çəkiclə vurdular, oğlu bıçaqlandı


Bərdə rayonunda atanın başından çəkiclə vurulub, oğlu isə bıçaqlanıb.

"Report"un məlumatına görə, Ramiz və Yusif Əliyevlər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər.

Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Adil İbrahimov şübhəli şəxs qismində saxlanılıb. Onun istifadə etdiyi bıçaq və çəkic isə maddi sübut kimi götürülüb. A.İbrahimov ilkin dindirilmə zamanı törətdiyi əməli etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Tarix: 10-05-2018, 21:24
Xəbəri paylaş





Xəbər lenti