Pivə şüşəsinə “La İlahə İlləllah” yazıb bazara çıxartdılar - BÖYÜK QALMAQAL


Almaniyada bir firma pivə şüşəsinin qapağına yazdıqları ilə qalmaqala imza atıb.

Cebhe.info xəbər verir ki, pivə şüşələrinin qapağında "La İlahə İlləllah, Məhəmmədin Rəsul Allah" yazılıb. Artıq bazarlara çıxarılan məhsul ilk gündən ciddi etirazlarla qarşılanıb. “Ureich” markalı pivə şüşələrinin qapağına yazılan sözlər Avropadakı müsəlmanların ciddi narazığlığına səbəb olub.

Şirkətdən məhsulları bazardan təcili yığışdırmaq tələb edilib. Məhsulun istehsalçısı olan "Eichbaum" şirkəti isə Rusiyada keçiriləcək futbol üzrə Dünya Çempionatı üçün konsept pivə istehsal edildiyini və buna görə də qapaqlara ölkə bayraqlarının fotolarının vurulduğunu deyib. Sözügedən pivə şüşələrinin də qapağına Səudiyyə Ərəbistanının bayrağı vurulub. Ancaq bu zaman bayrağın üzərindəki sözlər diqqətə alınmayıb. 

Xatırladaq ki, Səudiyyə Ərbistanının bayrağı yaşıl üzərində yerləşən ağ rəngli qılınc və ərəbcə "La İlahə İlləllah, Məhəmmədin Rəsul Allah" sözlərinin yazılışından ibarətdir. 

Xəzər

Tarix: 12-05-2018, 15:00
Xəbəri paylaş





Xəbər lenti