Kiyevdə sərnişin mikroavtobusu atəşə tutulub


Ukraynanın paytaxtı Kiyevdə sərnişin mikroavtobusu atəşə tutulub.

 

APA-nın “112 Ukrayna”ya istinadən verdiyi xəbərə görə, insident yerli vaxtla saat 23:00 radələrində “Lesnaya” metro stansiyası yaxınlığında qeydə alınıb. İlkin versiyaya əsasən, Kiyev-Brovarı marşrutu ilə hərəkət edən mikroavtobus pnevmatik və yaxud idman tapançasından atəşə tutulub.

 

 

Hadisə nəticəsində zərərçəkən olmayıb.

Tarix: 15-05-2018, 08:00
Xəbəri paylaş





Xəbər lenti