Abşeronda ata oğlunun gözü önündə ölümcül bıçaqlanıb

Abşeron rayonunun Xırdalan şəhərində bıçaqlanma hadisəsi baş verib.
Milli.Az "Report"a istinadən bildirir ki, 12 yaşlı oğlu ilə 26-cı məhəllədəki kafedən çıxan 1978-ci il təvəllüdlü Ağacanov Rauf Mamed oğlu yaşadığı evə gedərkən yolda Tərlan adlı tanışı ilə rastlaşıb.
Bu zaman qarşı tərəf R.Ağacanovun döş qəfəsinə, bədəninin müxtəlif nahiyələrinə və boğazına ümumilikdə 6 bıçaq zərbəsi vurub.
Yaralı təcili yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
Tarix: 15-05-2018, 08:45
Xəbəri paylaş





Xəbər lenti